Ermənistan prezidenti: “Trampın marşrutu Rusiya və region üçün yeni imkanlar açacaq”- ÖZƏL

Ermənistan prezidenti Vaaqn Xaçaturyan bildirib ki, ABŞ prezidenti Donald Trampın təklif etdiyi Beynəlxalq Sülh və Rifah Marşrutu (TRIPP) layihəsi Gürcüstan üçün heç bir təhlükə yaratmayacaq və əksinə, region ölkələri, o cümlədən Rusiya üçün yeni imkanlar açacaq.
Olaylar.az xəbər verir ki, Xaçaturyan jurnalistlərə açıqlamasında deyib ki, layihənin reallaşması Gürcüstanın tranzit roluna zərər verməyəcək, əksinə ölkənin önəmi daha da artacaq. "Əgər bütün planlar həyata keçərsə, sərhədlər açılacaq və TRIPP real layihəyə çevriləcək, bu isə Ermənistana, Türkiyəyə, İrana, Azərbaycana, Gürcüstana, hətta Rusiyaya da yeni imkanlar gətirəcək. Sonra hamımız peşman olacağıq ki, niyə bu fürsətlərdən daha əvvəl istifadə etmədik," - deyə Vaaqn Xaçaturyan bildirib.
O həmçinin vurğulayıb ki, Tbilisidə keçirilən görüşlərdə Gürcüstan rəsmilərindən layihə ilə bağlı narahatlıq eşitməyib, əksinə, rəsmi Tbilisi Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında dəstək göstərməyə hazır olduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31