Tokayev Paşinyanı ən yüksək dövlət mükafatı ilə TƏLTİF ETDİ
13:25 DünyaQazaxıstan prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanı ölkənin ən yüksək dövlət mükafatı olan "Altın Qıran" ordeni ilə təltif edib.
Olaylar.az xəbər verir ki, bu barədə Akordanın mətbuat xidməti məlumat yayıb.
Mərasim zamanı Tokayev Paşinyanın liderlik fəaliyyətini yüksək qiymətləndirərək onun Ermənistanın modernləşdirilməsi və dövlət idarəçiliyinin bütün sahələrində islahatların stimullaşdırılmasında rolunu xüsusi vurğulayıb.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Astanaya rəsmi səfər edib. Nursultan Nazarbayev adına Beynəlxalq Hava Limanında onu Qazaxıstanın baş naziri Oljas Bektenov qarşılayıb. Səfər çərçivəsində noyabrın 21-də ikitərəfli əməkdaşlığın aktual məsələləri üzrə bir sıra görüşlər planlaşdırılıb. (Musavat.com)