Ermənistan Baş Naziri və Qazaxıstan Prezidenti ikitərəfli görüş keçirib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstanda prezident Kasım-Jomart Tokayevlə ayrıca görüş keçirib.

Tokayev Paşinyanı salamlayaraq səfərin iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O vurğulayıb ki, Paşinyanın Qazaxıstana ilk rəsmi səfəri münasibətlərə yeni impuls verəcək və tərəflər bir sıra vacib sənədlər imzalayacaqlar.

Paşinyan isə öz növbəsində səfərin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə inandığını qeyd edib və Tokayevin bu prosesdəki şəxsi roluna görə təşəkkür edib. O, ötən il Tokayevin Ermənistana rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların bir hissəsinin artıq icra olunduğunu, qalanların isə həyata keçirilməkdə olduğunu deyib.

Paşinyan səfər çərçivəsində həmçinin Qazaxıstanın Baş naziri Oljas Bektenov və parlamentin Məclis sədri Erlan Koşanovla da görüşəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31