NBC: Yeni Orleanda qeyri-qanuni miqrantlara qarşı reydlər gələn həftə başlayacaq- ÖZƏL
12:41 DünyaABŞ federal hakimiyyəti Şarlott şəhərində (Şimali Karolina ştatı) qeyri-qanuni miqrantlara qarşı genişmiqyaslı əməliyyatları başa çatdırıb və yaxın günlərdə oxşar reydlər Yeni Orleanda keçiriləcək. Olaylar.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb. Daxili Təhlükəsizlik Nazirliyindəki mənbələr bildirib ki, Yeni Orleandakı əməliyyatların hazırlığı artıq gedir və reydlər gələn həftənin sonunda başlanacaq.
Qeyd edək ki, avqust ayında Şarlott federal hakimiyyətin diqqət mərkəzinə çevrilmişdi. Buna səbəb ukraynalı qaçqın İrina Zaruçkayanın qətlə yetirilməsi olmuşdu. 23 yaşlı qadın tramvayda ABŞ vətəndaşı Dekarlos Braun tərəfindən bıçaqlanaraq öldürülmüşdü. Cinayətkar saxlanılıb və ona qarşı qətl ittihamı irəli sürülüb. ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, Braun əvvəllər dəfələrlə - ən azı 14 dəfə polis tərəfindən saxlanılıb, lakin hər dəfə heç bir məbləğ ödəmədən girovla azadlığa buraxılıb.