Torpaq sürüşməsi oldu - ÖLƏNLƏR VAR

İndoneziyanın Yava adasında günlərlə davam edən güclü yağışlar böyük torpaq sürüşməsinə səbəb olub. 

Olaylar.az xəbər verir ki, hadisə nəticəsində həyatını itirənlərin sayı rəsmi məlumatlara görə 23 nəfərə yüksəlib. Axtarış qrupları hələ də itkin düşdüyü bildirilən 28 sakinlə bağlı əməliyyatları davam etdirir.

Ölkənin Fəlakətlərin İdarə Edilməsi Agentliyinin sözçüsü Əbdül Muhari bölgədəki vəziyyətlə bağlı son məlumatları jurnalistlərlə bölüşüb. Onun sözlərinə görə, Çilakap şəhərində aparılan axtarışlar zamanı daha dörd nəfərin meyiti tapılıb və bununla da bölgədəki ümumi ölənlərin sayı 20-yə çatıb. Üç nəfər barədə isə hələ də heç bir izə rast gəlinmir.

Banjarneqara rayonunda dağıntıların miqyası daha genişdir. Ən azı 54 ev tamamilə yararsız vəziyyətə düşüb, təqribən min sakin isə müvəqqəti sığınacaqlara yerləşdirilib. Muharinin bildirdiyinə görə, itkinlərin tapılması üçün 500-dən çox xilasedici bölgədə fasiləsiz çalışır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31