Kaladze: "EPP Gürcüstanda dövlət çevrilişini maliyyələşdirmək üçün “qara dəliklər” axtarır" – ÖZƏL

Tbilisi meri Kaxa Kaladze Avropa Xalq Partiyasını (EPP) Gürcüstana qarşı nifrət və yalan dolu kampaniya aparmaqda, həmçinin ölkədəki radikal qrupları dəstəkləməkdə ittiham edib.

Olaylar.az xəbər verir ki, Kaladze jurnalistlərə açıqlamasında bildirib ki, EPP-nin əsas məqsədi Gürcüstan haqqında davamlı olaraq yalan məlumatlar yaymaqdır. Onun sözlərinə görə, indiyə qədər qəbul edilən qətnamələrin heç birində həqiqət payı yoxdur.

Tbilisi meri EPP-ni ölkədəki sabitliyi pozmaq cəhdində günahlandırıb:
"Onlar açıq şəkildə deyirlər ki, "biz ölkədə dövlət çevrilişlərini maliyyələşdirmək üçün yollar, qara dəliklər axtarırıq". Bu, ağlasığmazdır. Biz bilirik ki, dünyada qeyri-rəsmi idarəetmə hökm sürür və onlar bütün dünyanı idarə etmək iddiasındadırlar. Bu insanların sakitləşmək niyyəti yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31