"Yalnız ölülər gəlməyə bilər": Paşinyan məmurları kütləvi toplantıya çağırır – ÖZƏL

Ermənistanın bütün dövlət qurumlarının əməkdaşlarına noyabrın 22-də Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində keçiriləcək kütləvi tədbirdə iştirak etmələri barədə ciddi xəbərdarlıq edilib.

Olaylar.az xəbər verir ki, "Hraparak" qəzetinin yazdığına görə, baş nazir Nikol Paşinyanın iştirakı ilə baş tutacaq toplantıda iştirak hamı üçün məcburidir. Məmurlara xəbərdarlıq olunub ki, "yoxluq bağışlanmayacaq, yalnız ölülər iştirak etməyə bilər".

Məlumata görə, saat 13:00-da başlayacaq və bir neçə saat davam edəcək tədbirin dəqiq mövzusu açıqlanmayıb. Yalnız o bildirilib ki, iştirakçılara baş nazirə sual vermək imkanı yaradılacaq.
Dövlət qulluqçuları ehtimal edirlər ki, bu toplantı elan olunmamış seçki kampaniyasının bir hissəsidir. 

İddialara görə, Paşinyan tələbələr və digər qruplarla keçirdiyi görüşlərə bənzər şəkildə, bu dəfə də dövlət aparatının işçilərinə öz siyasi mesajlarını ötürmək və "beyinlərini yumaq" niyyətindədir.

Nəşr həmçinin qeyd edir ki, Paşinyan və həyat yoldaşı Anna Akopyan bir müddətdir "Təhsil dəbdir" hərəkatı çərçivəsindəki görüşləri dayandırıblar və hazırda təbliğat üçün yeni formatlar axtarışındadırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31