Orban ABŞ-ın Ukrayna ilə bağlı yeni sülh planını dəstəklədi- ÖZƏL

Macarıstanın baş naziri Viktor Orban ABŞ-ın Ukrayna münaqişəsinin həllinə dair yeni təşəbbüsünü dəstəklədiyini bildirib. O, ABŞ Prezidenti Donald Trampın təqdim etdiyi 28 bəndlik sülh planının hazırda danışıqlar masasında olduğunu və Amerika nümayəndə heyətinin Kiyevdə görüşlər keçirdiyini qeyd edib. Olaylar.az xəbər verir ki, Orban öz açıqlamasında Trampın "açıq şəkildə Rusiya-Ukrayna müharibəsini bitirmək niyyətində olduğunu" vurğulayıb. Onun sözlərinə görə, "Amerika prezidenti qərar verdiyi məsələdə geri addım atmayacaq".
Baş nazir həmçinin Brüsseli tənqid edərək bildirib ki, Vaşinqton sülh danışıqlarına fokuslandığı bir vaxtda Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Ukraynanı və müharibəni maliyyələşdirmək üçün əlavə vəsait toplamağa çalışır. "Biz macarların da buna dair sözümüz var. Həqiqət anı yetişib. Daha doğrusu, Brüssel xalqı üçün gəlib çatıb", - Orban açıqlamasında bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31