İran bunu etməyəcək!

İran Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə razılaşma əldə olunana qədər dağıdılmış nüvə obyektlərinin dağıntıları altından zənginləşdirilmiş uranı çıxarmayacaq.

Olaylar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Britaniyanın "The Economist" jurnalına verdiyi müsahibədə deyib.

Nazir bildirib ki, bütün zənginləşdirilmiş materiallar dağıntılar altındadır:

"Hələ ki, çıxarılmayıb və agentliklə razılığa gələnə qədər onu çıxarmaq niyyətində deyilik".

O, həmçinin İranın nüvə obyekti işçilərinin ABŞ-ın zərbələrindən əvvəl zənginləşdirilmiş oradan uranı çıxardığı nəzəriyyəsini qəti şəkildə rədd edib:

"Xeyr. Bu baş verməyib". (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31