Ermənistan: Repressiya dalğası, müxaliflər və Kilsə hədəfdə – ÖZƏL

Ermənistan hakimiyyəti müxaliflərə qarşı repressiyaları gücləndirəcək, vəkil Aleksandr Koçubayevin həbsindən sonra yeni cinayət işləri açılacaq. 

Olaylar.az xəbər verir ki, bu barədə "Joğovurd" qəzeti yazır.

Nəşrin məlumatına görə, Paşinyan hüquq-mühafizə orqanlarına müxalifət siyasətçilərini, hüquqşünasları və hüquq müdafiəçilərini, xüsusilə Robert Koçaryan və Samvel Karapetyanın tərəfdarlarını diqqətlə izləməyi tapşırıb. Onların hakimiyyət ünvanına hər kəskin və ya təhqiramiz ifadəsi cinayət təqibi üçün səbəb ola bilər.

Qəzetin yazdığına görə, hakimiyyət Kilsəyə qarşı hücumları davam etdirəcək və hətta Ümumerməni Katolikosunu taxta çıxmasının 26-cı ildönümü - 27 oktyabr tarixində vəzifəsindən kənarlaşdırmağı planlaşdırır. Buna qədər isə hüquq-mühafizə orqanları ruhanilərə, xüsusilə II Qareginə yaxın olan şəxslərə təzyiqləri davam etdirəcəklər.

Qeyd edək ki, vəkil Koçubayev oktyabrın 16-da sosial şəbəkədə AAK-ın Araqatsotn yeparxiyasının rəhbəri və dəftərxana müdirinin həbsi ilə bağlı sərt post paylaşmışdı. Elə həmin gün Ermənistan MXX-nin əməkdaşları vəkili Şenqavit məhkəməsinin binası yaxınlığında saxlayıblar. Ermənistan Cinayət Məcəlləsinin 490-cı maddəsinin 2-ci hissəsi ilə cinayət təqibinə başlanılıb. Həmin maddə hakimin, prokurorun və ya müstəntiqin şərəf və ləyaqətini ləkələyən, onların qanuni xidməti və ya peşə fəaliyyəti ilə əlaqədar qanuni hüquq və maraqlarına digər zərər vuran məlumatların yayılmasına görə məsuliyyət nəzərdə tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31