Səudiyyə Ərəbistanı və ABŞ hərbi əməkdaşlıq sazişi imzalaya bilər - ÖZƏL

Səudiyyə Ərəbistanı və ABŞ noyabr ayında hərbi əməkdaşlıq sazişi imzalaya bilər. Olaylar.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb. Nəşrin mənbələrinə görə, tərəflər istənilən hücumu Səudiyyə Ərəbistanına qarşı "sülhə və təhlükəsizliyə təhdid" kimi qiymətləndirəcək sənəd üzərində razılığa gəlməyə yaxındırlar.
Məlumata əsasən, sazişin vəliəhd şahzadə Məhəmməd bin Salmanın gələn ay ABŞ-a planlaşdırılan səfəri zamanı imzalanacağı gözlənilir. Razılaşmanın "möhkəm" olması və hərbi, eləcə də kəşfiyyat əməkdaşlığının genişləndirilməsini nəzərdə tutduğu bildirilir.
Ağ Evin yüksək rütbəli rəsmisi qəzetə açıqlamasında qeyd edib ki, "vəliəhd şahzadənin səfəri zamanı müəyyən sənədin imzalanması ilə bağlı danışıqlar aparılır", lakin hələlik "detallar tam müəyyənləşməyib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31