ABŞ: Rusiya və Ukrayna hələ sülh razılaşmasına hazır deyil – ÖZƏL
17 Oktyabr 10:30 DünyaUkrayna və Rusiya ABŞ prezidenti Donald Trampın "fəal diplomatiyasına" baxmayaraq, sülh razılaşması imzalamağa hələ hazır deyil.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ vitse-prezidenti Cey Di Vens Newsmax nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, aylarla davam edən danışıqlara baxmayaraq, tərəflərin heç biri sülh sazişinə razılıq vermək istəmir.
"ABŞ prezidentinin fəal diplomatiyası insanları bir addım atmağa məcbur edə bilməz. Axı sülh üçün iki tərəf də razılığa gəlməyə hazır olmalıdır", - deyə Vens qeyd edib.
Vitse-prezident əlavə edib ki, bütün səylərə baxmayaraq, Rusiya və Ukrayna hələ də bu mərhələyə çatmayıblar.
Bununla belə, o, sülhün mümkün olduğunu istisna etməyib: "Sülh razılaşması üçün daha çox iş görülməlidir. Məncə, əsas problem gözləntilərin uyğun gəlməməsidir. Ruslar döyüş meydanında özlərini reallıqdan daha uğurlu hesab edirlər", - deyə Vens vurğulayıb.
O, son aylarda müəyyən irəliləyişlərin əldə olunmasına baxmayaraq, məhz bu yanlış təsəvvürün razılaşmaya mane olduğunu bildirib.