Putinlə söhbətdə "Tomahavk"la bağlı məsələni Tramp qaldırıb
17 Oktyabr 10:29 DünyaABŞ prezidenti Donald Tramp Vladimir Putinlə dünən baş tutan telefon danışığında Ukraynaya "Tomahavk" raketlərinin satışını da müzakirə edib.
Olaylar.az xəbər verir ki, məlumatı ABŞ prezidenti Ağ Evdə jurnalistlərə açıqlayıb.
Onun sözlərinə görə, Putin bu ideyadan məmnun olmayıb. Vladimir Putinin onu "Tomahavk"ları Kiyevə verməməyə inandırmağa çalışıb-çalışmadığına aydınlıq gətirmək istəyinə Tramp istehza ilə cavab verib:
"Sizcə, o, "Tomahavk"ları Kiyevə satın" deyəcəkdi? Mən əslində dedim: "Qarşı tərəfə bir neçə min Tomahavk versəm, etiraz etməzsiniz"? Mən ona bunu bax beləcə də dedim".
O, qəsdən məsələni "bir az yumoristik" formada qaldırmaq niyyətində olduğunu izah edib:
"Sizcə, o, "Tomahavk"ların mənə tərəf uçduğunu görmək istərdim" deyərdi?
Tramp bu qanadlı raketləri "inanılmaz dərəcədə dağıdıcı silah" adlandırıb:
"Heç kim "Tomahavk"la vurulmaq istəməz".
Qeyd edək ki, Tramp bu gün Ukrayna prezidenti Volodimir Zelenskini Ağ Evdə qəbul etməyi planlaşdırır. ABŞ lideri daha əvvəl bəyan etmişdi ki, Zelenski oktyabrın 17-də onunla Ukraynaya "Tomahavk" qanadlı raketlərinin tədarükü ilə bağlı danışacaq. ABŞ prezidenti oktyabrın 12-də bəyan edib ki, bu raketlərin Kiyevə mümkün təhvil verilməsi ilə bağlı yekun qərar qəbul etməzdən əvvəl, yəqin ki, Putinlə məsələni müzakirə edəcək.