Tramp və Zelenski arasında iki saatlıq qapalı görüş keçiriləcək - ÖZƏL
17 Oktyabr 10:15 DünyaABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş iki saat davam edəcək. Görüş bağlı qapılar arxasında, işçi nahar formatında baş tutacaq. Olaylar.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Məlumata görə, danışıqlarda mətbuat nümayəndələrinin iştirakı nəzərdə tutulmur. Görüş başa çatdıqdan sonra Donald Tramp həftəsonunu keçirmək üçün Florida ştatının Palm-Biç şəhərinə yola düşəcək.
Xatırladaq ki, Volodimir Zelenski oktyabrın 16-da Vaşinqtona səfər edib. ABŞ mətbuatı yazır ki, Ukrayna lideri Trampın Ukraynaya "Tomahawk" qanadlı raketlərinin tədarükünə razılıq verəcəyinə ümid edirdi. Lakin Zelenski Vaşinqtona çatdıqdan az sonra Trampın Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparması və yaxın vaxtlarda Macarıstanda - Ukraynaya münasibətdə "ən dost olmayan" Avropa İttifaqı ölkəsində sammit keçirməyə razılaşması Kiyev nümayəndə heyətini təəccübləndirib.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Putin və Tramp arasında keçirilən telefon danışığından sonra tərəflər yeni sammitin təşkili üzərində dərhal işə başlayıblar. Onun sözlərinə görə, Putin Trampdan Ukraynaya "Tomahawk" raketlərinin tədarükünün Rusiya-ABŞ münasibətlərinə və Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə zərər vuracağını qeyd edib.