Estoniya parlamenti: “Gürcü Arzusu” Gürcüstanın Aİ və NATO-ya üzv olmasına mane olur – ÖZƏL
17 Oktyabr 2025 09:48 DünyaOlaylar.az xəbər verir ki, Estoniya Seyminin Xarici əlaqələr komitəsinin sədri Gürcüstanın baş naziri İrakli Kobaxidzenin bəyanatına münasibət bildirib. O, Kobaxidzenin bir sıra müxalifət partiyalarının "qanunsuz elan edilə biləcəyi" ilə bağlı açıqlamasını tənqid edib.
Estoniyalı deputat qeyd edib:
"Gürcüstanın diktator partiyası - "Gürcü Arzusu" ölkənin heç vaxt Avropa İttifaqına və NATO-ya üzv olmaması üçün əlindən gələni edir. Bu vəziyyətdən yalnız Rusiya və Çin faydalanır."
Xatırladaq ki, baş nazir İrakli Kobaxidze konstitusion iddia ilə bağlı açıqlamasında bildirib ki, yaxın günlərdə Gürcüstan Konstitusiya Məhkəməsinə müraciət ediləcək və orada qanunsuz sayılması təklif olunan partiyaların siyahısı təqdim olunacaq.
"Siyahıda təxminən 10 partiya ola bilər, bura kiçik partiyalar da daxildir," - deyə Kobaxidze qeyd edib.