Misir: Qəzza planının birinci mərhələsinin icrası yekunlaşmaq üzrədir - ÖZƏL

Misirin xarici işlər naziri bildirib ki, Qəzza ilə bağlı sülh planının birinci mərhələsinin həyata keçirilməsi artıq son mərhələyə daxil olub. Nazir qeyd edib ki, bu mərhələnin uğurla tamamlanması regionda sabitliyin bərpası və humanitar vəziyyətin yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, Misir tərəfi beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək atəşkəsin tam bərqərar olması və danışıqlar prosesinin davam etdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31