ABŞ Cənub Komandanlığının rəhbəri ilin sonunda təqaüdə çıxacaq - ÖZƏL
17 Oktyabr 09:11 DünyaABŞ Müdafiə naziri Pit Hegset bildirib ki, ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının (SOUTHCOM) rəhbəri admiral Elvin Halsi ilin sonunda vəzifəsini tərk edərək təqaüdə çıxacaq. Olaylar.az xəbər verir ki, nazir "X" sosial platformasında paylaşımında qeyd edib: "ABŞ Müdafiə Nazirliyi adından admiral Elvin Halsiyə ölkəmizə 37 ildən artıq şərəfli xidmətinə görə dərin minnətdarlığımızı bildiririk. O, ilin sonunda təqaüdə çıxmağı planlaşdırır." Hegset admiralın istefasının səbəblərini açıqlamayıb.
The Washington Post yazır ki, Halsi bu vəzifədə bir ildən az müddət çalışıb, halbuki adətən Cənub Komandanlığı rəhbərləri bu postda təxminən üç il qalırlar. Onun istefası ABŞ Prezidenti Donald Tramp administrasiyasının Venesuelaya qarşı sərt bəyanatlarının və Karib dənizində narkokartellərə qarşı başlanmış hərbi əməliyyatların fonunda baş verir. Qəzetin iki mənbəsinin məlumatına görə, Pentaqon rəhbərliyi təxminən bir ay əvvəl, ABŞ Silahlı Qüvvələrinin Venesuela sahillərində narkokartellərə məxsus katerlərə zərbələr endirməsindən sonra Halsinin fəaliyyəti ilə bağlı narazılıq bildirmişdi.