Putin və Ərdoğan Ukrayna ilə bağlı təmaslar barədə razılığa gəlməyib
16:07 DünyaRusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Ukrayna nizamlanması üzrə təmaslarla bağlı hələ razılığa gəlməyib.
Bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Bununla belə, o bildirib ki, lazım gələrsə, iki lider arasında telefon danışığı operativ şəkildə təşkil edilə bilər.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp Şarm əş-Şeyxdən Vaşinqtona gedərkən jurnalistlərə Ərdoğanın Ukrayna böhranının nizamlanmasına kömək edə biləcəyini deyib.//Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31