Qəzzada GƏRGİNLİK - İsrail ordusu ATƏŞ AÇDI

İsrail ordusu (IDF) Qəzza zolağının şimalında insident baş verdiyini açıqlayıb.

Olaylar.az xəbər verir ki, ordunun məlumatına görə, bir neçə nəfər "sarı xətti" keçərək İsrail hərbçilərinə yaxınlaşıb və razılaşmanın şərtlərini pozub.

Onları xəbərdarlıqla uzaqlaşdırmaq mümkün olmayınca, İsrail qüvvələri təhlükəni aradan qaldırmaq məqsədilə atəş açıb.

IDF həmçinin "Magen" adlı yaşayış məntəqəsinə döyüşçülərin daxil olması barədə xəbərləri təkzib edib və Qəzza sakinlərinə İsrail qüvvələrinə yaxınlaşmamaq barədə xəbərdarlıq edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31