Britaniyada HƏYƏCAN - Parlament üzvləri XƏBƏRDAR EDİLDİ
14:58 DünyaBöyük Britaniyanın əks-kəşfiyyat xidməti MI5 parlament üzvlərini Çin, Rusiya və İran tərəfindən casusluq təhlükələri barədə xəbərdar edib.
Olaylar.az xəbər verir ki, bu addım, hökumətin iki britaniyalının Çinin xeyrinə casusluqda ittiham olunduğu iş üzrə məhkəməyə təhlükəsizlik dəlilləri təqdim edə bilməməsindən sonra atılıb.
MI5 siyasətçiləri şantaj və ya tərif vasitəsilə məlumat toplamağa çalışan casuslara qarşı ehtiyatlı olmağa çağırıb. Xidmətin direktoru Ken MakKallum ölkənin demokratik dəyərlərinin qorunmasının vacibliyini xüsusi vurğulayıb.
Qurumun əvvəlki xəbərdarlığı 2022-ci ilin yanvarında verilib. O zaman MI5 vəkillik fəaliyyəti ilə məşğul olan Kristin Lini xarici ölkələrin daxili işlərinə müdaxilədə ittiham edib. Li bu iddianı sonradan məhkəmədə uğursuz şəkildə təkzib etməyə çalışıb.
Britaniyanın baş naziri Kir Starmer Çinlə münasibətləri yaxşılaşdırmaq üçün səylər göstərsə də, casusluq qalmaqalları iki ölkə arasında gərginliyi davam etdirir. Çin səfirliyi isə bütün ittihamları qəti şəkildə rədd edir.