Avropa Komissiyası Aİ-nin hərbiləşdirilməsi üzrə yol xəritəsini təqdim edəcək - ÖZƏL
14:37 DünyaAvropa Komissiyası oktyabrın 16-da Avropa İttifaqının hərbi hazırlığının artırılması və müdafiə sahəsində inteqrasiyanın gücləndirilməsini nəzərdə tutan yol xəritəsini təqdim edəcək. Olaylar.az xəbər verir ki, komissiyanın sözçüsü Paula Pinyu Brüsseldə keçirdiyi brifinqdə bildirib ki, sənəd həmin gün təsdiqlənəcək və ictimaiyyətə təqdim olunacaq. Məlumata görə, yol xəritəsi Avropa İttifaqının hərbiləşdirilməsinə dair proqram çərçivəsində hazırlanıb. Sənədin təqdimatında Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas və müdafiə komissarı Andryus Kubilyus iştirak edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31