Fransada hökumət etimad sınağında: iki qətnamə səsverməyə çıxarılır – ÖZƏL

Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) 16 oktyabr səhəri hökumətə etimadla bağlı iki qətnaməni səsverməyə çıxaracaq. 

Olaylar.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Məlumata görə, iclas səhər saat 09:00-da keçiriləcək.
Qətnamələr 13 oktyabrda solçu "Boyun əyməyən Fransa" (LFI) partiyası və sağçı "Milli Birlik" (RN) partiyası tərəfindən təqdim edilib. Hökumətin istefasına nail olmaq üçün qətnamələrin 289 deputatın dəstəyini qazanması tələb olunur. Hazırkı hesablamalara əsasən, 265 deputat hökumətə etimad göstərməməyi planlaşdırır, bu isə lazımi çoxluq üçün 24 səsin çatmadığını göstərir.

Qərarda Sosialist Partiyasının deputatları həlledici rol oynaya bilər. Partiyanın lideri Olivye For bəyan edib ki, əgər hökumət pensiya islahatını dayandırmasa və ya ləğv etməsə, etimadsızlıq səsverməsini dəstəkləyəcək.

BFMTV-nin məlumatına görə, baş nazir Sebasten Lekornu hazırda islahatın bəzi hissələrini, xüsusilə də təqaüd yaşının 2027-ci ilə qədər artırılması planını dayandırmaq imkanını nəzərdən keçirir. Baş nazirin çıxışı çərşənbə axşamı saat 15:00-da Milli Assambleyada gözlənilir.

Bununla belə, "Respublikaçılar" partiyasının bəzi deputatları islahatın dayandırılmasına qarşı çıxır və bu halda hökmətə qarşı səs vermə ehtimalı yaranır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31