Mirzoyan: Konstitusiya dəyişikliyi Bakı ilə sülh gündəliyində yoxdur – ÖZƏL
13:21 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan Xarici İşlər Naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın Xarici İşlər naziri Elina Valtonenlə birgə mətbuat konfransında bildirib ki, hökumət məcburi köçkünlərin Ermənistan Respublikasına tam inteqrasiyası və həyatlarını orada davam etdirmələri üçün ciddi səylər göstərir.
Bakının sülh sazişi üçün irəli sürdüyü şərtlərə (ATƏT-in Minsk Qrupunun ləğvi və Konstitusiya dəyişikliyi) toxunan nazir, Minsk Qrupunun məsələsinin siyasi olaraq həll edildiyini və texniki məsələlərin dekabra qədər yekunlaşacağını qeyd edib.
Lakin o, Konstitusiya məsələsinin müzakirə gündəliyində heç vaxt olmadığını vurğulayıb:
"Konstitusiyanın dəyişdirilməsi və ya yenisinin qəbulu müstəsna olaraq daxili siyasi məsələdir və bunu Ermənistan xalqı həll etməlidir."
Mirzoyan, Azərbaycanın bu məsələni şərt kimi irəli sürməsinin təəccüblü olduğunu və Ermənistanın bu cür öhdəliklər götürmədiyini və bu əlaqəni qəbul etmədiklərini bildirib.