Onlarla şəxsə cinayət işi açıldı: Xodorkovski, Kasparov, Kasyanov və daha kimlər...

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) xaricdə yaşayan Mixail Xodorkovski və çoxsaylı rusiyalı məşhurlara qarşı cinayət işi qaldırıb.

Olaylar.az xəbər verir ki, onlar 2022-ci ilin fevralında - Rusiyanın Ukraynada işğalçı müharibəsi başlayanda "Rusiya Müharibə Əleyhinə Komitəsi"ni yaradıblar.

Cinayət işi hakimiyyəti zorakılıqla ələ keçirmə, terror təşkilatı təşkil etmə və terrorizmə çağırış ittihamları ilə açılıb.

Xodorkovski ilə yanaşı, cinayət işi keçmiş baş nazir Mixail Kasyanov, şahmat üzrə dünya çempionu Harri Kasparov, siyasətçi Leonid Qozman, qalereya sahibi Marat Gelman, siyasətçi Vladimir Kara-Murza, jurnalist Viktor Şenderoviç, keçmiş deputat Dmitri Qudkov, aktyor Artur Smolyaninov, politoloq Yekaterina Şulman və iş adamı Yevgeni Çiçvarkinə qarşı da qaldırılıb.

FSB-nin iddiasına görə, "Xodorkovski və AKR-nin digər qurucuları terrorçu kimi tanınan Ukrayna millətçi birləşmələrini maliyyələşdirir və Rusiyada hakimiyyəti zorakılıqla ələ keçirmək üçün döyüşçülər cəlb edirlər. Xodorkovski və onun əlaltıları ilə əlaqəsi olan şəxslər fəaliyyətlərinə görə Rusiya qanunlarına əsasən cavab verəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31