Tramp Malayziyaya GEDİR: Tarixi sülh sazişi İMZALAYACAQ
11:09 DünyaABŞ prezidenti Donald Tramp oktyabrın 26-da Tayland və Kamboca arasında sülh sazişi imzalamaq üçün Malayziyaya səfər edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Malayziyanın xarici işlər naziri Məhəmməd Həsən məlumat verib.
Nazirin sözlərinə görə, Malayziya və ABŞ Tayland və Kamboca arasında atəşkəsin əldə olunmasına dəstək verəcək. Bu proses hər iki tərəfin sərhədlərindən bütün mina və ağır artilleriyanı çıxarmasını tələb edəcək.
Qeyd edək ki, iyul ayında Tayland və Kamboca arasında sərhədin müəyyən edilməmiş ərazilərinə görə yaranan gərginlik beş günlük silahlı toqquşmaya çevrilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31