Tramp “Time” jurnalını tənqid etdi: “Mənim ən pis şəkilimi seçiblər” - ÖZƏL
10:21 DünyaABŞ Prezidenti Donald Tramp "Time" jurnalını onun haqqında dərc olunan son nömrəyə görə kəskin tənqid edib. Olaylar.az xəbər verir ki, Tramp bu barədə öz sosial şəbəkəsi Truth Social-da paylaşım edib. Onun sözlərinə görə, jurnal onun barəsində "kifayət qədər yaxşı məqalə" yazsa da, üz qabığında istifadə olunan foto "bəlkə də, indiyə qədərki ən pis şəkil" olub. "Onlar saçlarımı "silib", başıma sanki kiçik, havada asılan bir tac qoyublar. Çox qəribədir! Mən heç vaxt aşağı rakursdan çəkilmiş fotoları sevməmişəm, amma bu şəkil sadəcə dəhşətlidir və sərt şəkildə tənqid olunmalıdır. Onlar nə edirlər və niyə belə edirlər?" - Tramp qeyd edib.
Məlumata görə, ABŞ lideri bu paylaşımı İsrail və Misir səfərlərindən sonra ölkəsinə qayıdarkən, prezident təyyarəsində yazıb.