Cakartada it və pişik ətinin satışına qadağa qoyula bilər – ÖZƏL

Cakarta qubernatoru Pramono Anunq Vibovo bildirib ki, şəhərdə it və pişik ətinin qida məqsədilə satışını qadağan edən qərar layihəsi hazırlanır. 

Olaylar.az xəbər verir ki, bu barədə ANTARA agentliyi məlumat yayıb.

"Cakartada it ətinin istehlakına qadağa qoyulması ilə bağlı təklif daxil olub," - deyə qubernator qeyd edib.

Onun sözlərinə görə, təşəbbüs hökumətin paytaxtda quduzluğun yayılmasının qarşısını almağa yönəlmiş profilaktik tədbirlər paketinin bir hissəsidir. Əgər qadağanın həyata keçirilməsi üçün əlavə qanunvericilik tənzimləmələri tələb olunarsa, məsələ parlamentdə də müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, 2024-cü ilin yanvarında İndoneziyada polis əməkdaşları xeyriyyə təşkilatının iştirakı ilə ət üçün kəsilməyə aparılan 226 iti xilas etmişdi. Heyvanlar bağlı yük maşınında, ayaqları bağlanmış və bəziləri maşının kuzovuna zəncirlənmiş vəziyyətdə tapılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31