Gürcüstan mitinqlərlə bağlı qaydaları SƏRTLƏŞDİRİR
10:18 DünyaGürcüstan hökuməti ictimai asayişin qorunması məqsədilə mitinqlərin keçirilməsi qaydalarına yeni məhdudiyyətlər tətbiq edib.
Olaylar.az xəbər verir ki, yeni dəyişikliklərə əsasən, yolların bağlanması və barrikadaların qurulması mitinq iştirakçıları üçün 15 günə qədər, aksiyaların təşkilatçıları üçün isə 20 günə qədər inzibati həbslə nəticələnəcək.
Bundan başqa, mitinq zamanı silah, atəşfəşanlıq və ya digər təhlükəli əşyaların atılması halında iştirakçılar 60 günədək həbs cəzası alacaqlar.
Gürcüstan KİV-lərinin məlumatına görə, Cinayət Məcəlləsinə həmçinin polis əməkdaşını dəfələrlə təhqir etməyə görə məsuliyyət nəzərdə tutan yeni maddə də əlavə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31