Hindistan-Pakistan sərhədində atışma: Yeni Dehli 2 terrorçunun öldürüldüyünü deyir

Hindistan Ordusu ölkənin şimalındakı Cammu və Kəşmirdə təhlükəsizlik qüvvələrinin iki terrorçunu öldürdüyünü açıqlayıb.

Olaylar.az xarici agentliklərə istinadən xəbər verir ki, hadisə Pakistanla nəzarət xəttində baş verib: "Cammu və Kəşmirin Kupvara əyalətinin Macil və Dudniyal bölgəsində nəzarət xətti boyunca iki terrorçu zərərsizləşdirilib. Axtarış əməliyyatları davam edir".

Bildirilir ki, oktyabrın 13-də axşam saatlarında təhlükəsizlik qüvvələri Kupvarada nəzarət xətti boyunca şübhəli fəaliyyət müşahidə ediblər. Rəsmilər qısamüddətli atışma baş verdiyini bildirirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31