İKEA-nın rəhbəri BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına namizəd göstərilib - ÖZƏL

İsveç hökuməti İKEA şirkətinin istefa verən baş direktoru Jesper Brodini BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına namizəd kimi irəli sürüb. Olaylar.az xəbər verir ki, Brodin "Financial Times" qəzetinə açıqlamasında bu qərardan məmnunluğunu bildirib: "Dövlətin məni xatırlaması məni xoş şəkildə təəccübləndirdi. Çünki biznes rəhbərinin bu vəzifəyə namizəd göstərilməsi olduqca nadir haldır. Cəmiyyətdəki baryerləri - istər iqlim, istərsə də qaçqın məsələləri ilə bağlı olanları aradan qaldırmaq lazımdır."
O əlavə edib ki, BMT hazırda dəyişikliklər mərhələsindədir və buna görə də beynəlxalq miqyasda fəaliyyət göstərən böyük təşkilatlarda idarəçilik təcrübəsinə malik liderlərə ehtiyac duyur. İsveç hökumətinin onun namizədliyini irəli sürməsinin səbəbi kimi isə Brodin İKEA-da 43 ölkədə 170 min nəfərlik işçi heyətinə rəhbərlik etdiyi təcrübəsini göstərib. Yeni Ali Komissarın seçimi BMT-nin Baş katibi Antoniu Quterreş tərəfindən namizədlər arasından ediləcək və daha sonra BMT Baş Assambleyasında səsverməyə çıxarılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31