Tramp və Zelenski Ağ Evdə silah tədarükünü müzakirə edəcək – ÖZƏL

ABŞ Prezidenti Donald Tramp 17 oktyabr, cümə günü Ukrayna Prezidenti Volodimir Zelenski ilə Ağ Evdə görüşəcək. 

Olaylar.az xəbər verir ki, Axios nəşrinin məlumatına görə, tərəflər Ukraynaya verilə biləcək silahların növlərini, o cümlədən uzun mənzilli Tomahawk raketlərinin ötürülməsi imkanını müzakirə edəcəklər.

Mənbənin bildirdiyinə görə, bəzi məsələləri telefonla müzakirə etmək mümkün olmadığından görüş xüsusi əhəmiyyət daşıyır. Uzun mənzilli raketlərin verilməsi Ukraynaya Rusiyanın materik hissəsində, o cümlədən Moskvada uzaq hədəfləri vurmaq imkanı yarada bilər.

Zelenskinin ABŞ-yə səfəri 16 oktyabrda planlaşdırılıb, Tramp ilə görüş isə ertəsi gün keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31