Bayden Qəzzada atəşkəsə görə Trampa təşəkkür etdi - ÖZƏL
09:18 DünyaABŞ-ın sabiq prezidenti Co Bayden Qəzza sektorunda atəşkəsin əldə olunmasına görə Donald Tramp administrasiyasına təşəkkür edib. Olaylar.az xəbər verir ki, Bayden sosial şəbəkə "X" hesabında yazıb ki, ABŞ-ın və beynəlxalq ictimaiyyətin dəstəyi ilə Yaxın Şərq artıq dayanıqlı sülh yolundadır:
"Ümid edirəm ki, bu sülh İsrail və Fələstin xalqları üçün bərabər dərəcədə dinc, ləyaqətli və təhlükəsiz gələcək yaradacaq. Prezident Tramp və onun komandasına gördükləri işlər üçün təşəkkür edirəm." O, həmçinin öz administrasiyasının da müharibənin dayandırılması, İsrail girovlarının geri qaytarılması və fələstinli mülki vətəndaşlara yardım göstərilməsi istiqamətindəki səylərini vurğulayıb. Bayden bildirib ki, razılaşmaya aparan yol "asan olmayıb" və o, atəşkəs xəbərini "böyük bir yüngüllüklə" qarşılayıb.
"Cəhənnəm kimi günlər yaşamış israillilərin və ölçüyəgəlməz itkilər vermiş Qəzza sakinlərinin evlərinə qayıtması mənim üçün ümidverici xəbər oldu," - deyə sabiq prezident qeyd edib.