Venesuela Avstraliya və Norveçdəki səfirliklərini bağlayır

Venesuela hökuməti Avstraliya və Norveçdəki səfirliklərinin fəaliyyətini dayandırmaq qərarına gəlib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi Prezident Nikolas Maduro hökumətinin rəsmi bəyanatına istinadən məlumat yayıb.

Qərarın əsas səbəbi diplomatik resursların daha səmərəli bölgüsü və Xarici İşlər Nazirliyinin fəaliyyətinin optimallaşdırılması göstərilir.

Norveç və Avstraliyada yaşayan venesuelalıların konsulluq dəstəyi funksiyaları digər diplomatik nümayəndəliklərə həvalə ediləcək. Eyni zamanda, Karakas Burkina-Faso və Zimbabvedə yeni səfirliklər açmağı planlaşdırır.

Rəsmi bəyanatda bu ölkələr "anti-kolonial hərəkatda və hegemon təzyiqlərə qarşı mübarizədə strateji tərəfdaş" kimi xarakterizə olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31