ABŞ-də təyyarə magistral yola düşdü - 2 nəfər öldü

ABŞ-nin Massaçusets ştatının Dartmut şəhərində Socata TBM-700 tipli kiçik təyyarə magistral yola düşərək yanıb.

Teleqraf xəbər verir ki, hadisə barədə yerli KİV-lər məlumat yayıb.

İlkin məlumatlara görə, təyyarə güclü külək və yağış şəraitində Nyu-Bedford regional hava limanına enməyə cəhd edib.

"CBS News" telekanalının məlumatına əsasən, hadisə yerində iki nəfərin meyiti tapılıb, bir nəfər isə ağır yaralanıb.

Qəzanın səbəbi hələlik müəyyən edilməyib. Hadisə yerinə xilasetmə və yanğınsöndürmə xidmətləri cəlb olunub, magistral yolda nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31