Gürcüstanın hakim partiyası Saakaşvilinin partiyasının qadağan edilməsi üçün Konstitusiya Məhkəməsinə iddia verəcək - ÖZƏL

Gürcüstanın hakim partiyası "Gürcü Arzusu - Demokratik Gürcüstan" yaxın zamanda keçmiş prezident Mixail Saakaşvilinin təsis etdiyi "Vahid Milli Hərəkat" partiyasının qadağan edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinə iddia təqdim edəcək.

Olaylar xəbər verir ki, bu barədə parlament çoğunluğunun lideri İrakli Kirtsxaliya brifinqdə bildirib. O qeyd edib:
"İddianın mətni üzərində iş demək olar ki, yekunlaşıb və yaxın gələcəkdə Konstitusiya Məhkəməsinə təqdim olunacaq."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31