Tramp İranla danışıqlara başlanacağı təqdirdə, sanksiyaların qaldırıla biləcəyini bəyan edib

ABŞ prezidenti Donald Tramp İranın danışıqlara hazır olması və mümkün sanksiyaların yüngülləşdirilməsi ilə bağlı nikbin olduğunu bildirib.

Olaylar bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

"Onlar ağır günlər keçiriblər, sözün əsl mənasında döyülüblər və yaralanıblar. Onların köməyə ehtiyacı var. Onlar çox sərt, nəhəng sanksiyalar altındadırlar. Tehran danışıqlara hazır olduqda, mən onları qaldırmaqdan məmnun olaram", - deyə Tramp Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşdən əvvəl deyib.

Amerika liderinin sözlərinə görə, İrana qarşı sanksiyaların təzyiqi əhəmiyyətli olaraq qalır. "Onlar bu sanksiyalarla sağ qala bilməyəcəklər. Çox sərtdirlər. Amma nə vaxtsa Tehran deyəcək: "Biz sanksiyaların aradan qaldırılmasını istəyirik" və sonra sülh tapacağıq. Düşünürəm ki, İran yaxşılaşacaq"".

Tramp administrasiyasının İranın nüvə proqramına təzyiqini "həyatda bir dəfə" adlandırılan razılaşmanın əldə edilməsində əsas amil kimi qiymətləndirib.

"Əgər biz nüvə məsələsində ciddi təzyiq göstərməsəydik, bu inanılmaz, tarixi razılaşmaya nail ola bilməyəcəyimizi düşünmürəm. İndi baş verənlər kimi bir şey əvvəllər baş verməyib", - o vurğulayıb.

Prezident geniş beynəlxalq dəstəyi də qeyd edib.

"Bütün ölkələr bir araya gəldi - hər cür ölkələr bir araya gəldi, bəziləri dost, bəziləri yox, çoxu yox. Amma hamısı bir araya gəldi. Yeri gəlmişkən, İran bu sazişi tam dəstəklədiyi barədə bəyanat verdi. Bu, özlüyündə çox şey deməkdir", - Tramp əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31