Tramp Misirin HƏMAS ilə vasitəçilik rolundan bəhs edib

Mən Misirin HƏMAS ilə vasitəçilik rolunu yüksək qiymətləndirirəm.

Olaylar xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündən əvvəl deyib.

"HƏMAS bu ölkəyə və Misir rəhbərliyinə hörmətlə yanaşır. Mən bunu çox yüksək qiymətləndirirəm", - o vurğulayıb.

Qəzza sülh sazişinin növbəti mərhələsini şərh edən Tramp yenidənqurma işlərinin aparılmasının vacibliyini qeyd edib: "Təmizliyə başlamaq üzrəyik. Qəzzaya baxın - onun kütləvi şəkildə təmizlənməsi lazımdır".

Tramp həmçinin, danışıqlarda beynəlxalq iştirakın yüksək səviyyədə olduğunu vurğulayıb.

"Digər otaqda dünyanın ən varlı ölkələrinin, bəzi varlı xalqlarının nümayəndələri var. Bütün böyük liderlər buradadır - əmirlər, şahlar və başqaları. Dəvət etdiyimiz hər kəs gəldi. Bu, böyük hörmət tələb edir.

Düşünürəm ki, biz mühüm irəliləyiş görəcəyik", - o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31