Tramp bölgəmizdə sülhü təmin etmək qabiliyyətinə malik olan yeganə liderdir - Misir Prezidenti
19:45 DünyaPrezident Tramp bölgəmizdə sülhü təmin etmək qabiliyyətinə malik olan yeganə liderdir.
Olaylar xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Şarm əl-Şeyxə gələn ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüşündə deyib.
Misir Prezidenti qeyd edib ki, Trampın Qəzzanın yenidən qurulmasında böyük rol oynamasını istəyirik: "Qəzzaya humanitar yardımın daxil olması təmin edilməlidir"
Bundan başqa, Əbdülfəttah əs-Sisi ABŞ Prezidentinə Qəzzada atəşkəs razılaşmasının əldə edilməsi ilə bağlı verdiyi töhfəyə görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Yaxın Şərq Sülh Sammitində 20-yə yaxın dövlət və hökumət başçısı iştirak edir. Sammitdə Yaxın Şərqdə sülhlə bağlı rəsmi imzalanma mərasiminin olacağı gözlənilir.