Medvedev: Qəzzadakı münaqişə Fələstin dövləti yaradılana qədər davam edəcək - ÖZƏL

Rusiya Təhlükəsizlik Şurasının müavini Dmitri Medvedev hesab edir ki, Qəzza sektorundakı silahlı münaqişə Fələstin dövləti yaradılana qədər davam edəcək.

Olaylar xəbər verir ki, Medvedev "X" sosial şəbəkəsində İsraildəki girovların və Fələstin həbsxanalarındakı şəxslərin azad edilməsini dəstəklədiyini qeyd edib.Ancaq vurğulayıb ki, bu Qəzzadakı vəziyyəti dəyişməyəcək.

O yazıb: "BMT-nin tanınmış qətnamələrinə uyğun olaraq tamhüquqlu Fələstin dövləti yaradılana qədər heç nə dəyişməyəcək. Müharibə davam edəcək."

Bundan əvvəl HƏMAS hərəkatı İsrailə bütün sağ qalan girovları təhvil verib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31