Rusiya əcnəbilər üçün müvəqqəti yaşamaq icazəsi kvotasını azaltdı

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazəsi vermək üçün kvotanı azaldıb.

Olaylar bu barədə rus KİV-lərinə istinadən xəbər verir.

Məlumata görə, 2026-cı il üçün Rusiya Federasiyasında əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə 3802 müvəqqəti yaşama icazəsinin verilməsi üçün kvota müəyyən ediləcək. Müvəqqəti yaşamaq icazəsi xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə Rusiyada yaşamaq və işləmək üçün veriləcək.

Qeyd edilir ki, müvəqqəti yaşamaq icazəsi üç il müddətinə verilir və əcnəbilərə Rusiyada qanuni işləməyə imkan yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31