Sohu: Rusiyanın “Burevestnik” raketi dünyada strateji tarazlığı poza bilər - ÖZƏL

Rusiyanın nüvə enerji qurğusuna malik "Burevestnik" qanadlı raketi dünyada strateji tarazlığı poza və Qərb ölkələri üçün ciddi çəkindirmə amilinə çevrilə bilər.

Olaylar "Sohu" nəşrinə istinadən xəbər verir ki, "Burevestnik" Rusiya Prezidenti Vladimir Putinin bəhs etdiyi yeni silah ola bilər. Raket istənilən raketdən müdafiə sistemlərini keçə bilir və yüksək sürəti düşmənə reaksiya verməyə imkan vermir.

Materialda vurğulanır ki, "Burevestnik" ABŞ və NATO üçün ciddi çəkindirmə vasitəsi olacaq.

Əvvəlki müşahidələrdə isə qeyd olunub ki, Putinin yeni silahla bağlı açıqlaması Rusiyanın rəqiblərində təşviş yaratmışdır.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31