Bloomberg: Aİ 2026-cı ildə Ukraynaya Rusiya aktivləri hesabına kredit verilməsi mexanizmini yarada bilər - ÖZƏL

Avropa İttifaqı 2026-cı ilin ikinci rübündə Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya kredit ayrılmasını nəzərdə tutan hüquqi mexanizmin hazırlanmasına başlaya bilər.

Olaylar xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinə istinadən məlumat yayıb.

Məlumata görə, Rusiya aktivlərindən istifadəyə dair siyasi razılıq əldə edildikdən sonra Avropa İttifaqında mexanizmin hüquqi əsaslarının hazırlanması prosesinə dərhal start veriləcək.

Qeyd edək ki, bundan əvvəl "Euractiv" portalı Rusiyaya məxsus aktivlər hesabına Ukraynaya kredit verilməsi ilə bağlı razılaşmanın pozulma ehtimalı barədə xəbər yayıb.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31