Ukrayna nümayəndə heyəti ABŞ-yə yola düşdü
17:26 DünyaUkrayna Baş nazir Yuliya Sviridenko rəhbərliyində Ukrayna nümayəndə heyəti Vaşinqtona yola düşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Administrasiyasının rəhbəri Andrey Yermak bildirib.
Onun sözlərinə görə, səfər müddətində görüşlər sıx olacaq və qarşıda çoxlu məsələlər müzakirə olunacaq.
"Gündəlikdə əsas mövzular arasında Ukraynanın hava hücumundan müdafiə sisteminin və zərbə imkanlarının gücləndirilməsi, ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, həmçinin Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi yer alır",- Andrey Yermak qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31