İrəvanda Qarabağdan gələnlər üçün pul dilənirlər

Ermənistanda Qarabağdan gələnlər üçün dəstək məqsədilə yeni xeyriyyə fondu təsis edilib.

Musavat.com xəbər verir ki, fondu keçmiş qondarma rejimin nümayəndələri - elə özləri kimi Qarabağ erməniləri təsis ediblər.

Fəaliyyətə başlayan "Artsax ürəyimdədir" adlı fondun məqsədi Qarabağdan Ermənistana köçmüş ailələrə, xüsusilə də döyüşlərdə həlak olmuş hərbçilərin ailələrinə sosial yardım göstərməkdir.

Fondu təqdim edən qondarma "dövlət naziri" Njde İskandaryan bildirib ki, bu təşəbbüs hökumətin məcburi köçkünlərə yetərli sosial dəstək verməməsi fonunda yaranıb.

Fondun təşəbbüskarları həm keçmiş Ermənistan prezidentlərini, həm də varlı iş adamlarını - xüsusilə Qarabağ mənşəli oliqarxları - maliyyə yardımı etməyə çağırıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31