Ukraynalıların yarısı Zelenskinin siyasətdən getməsini istəyir - ÖZƏL

Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun (KIIS) keçirdiyi sorğuya görə, ukraynalıların yarısı Rusiya ilə münaqişə başa çatdıqdan sonra prezident Volodimir Zelenskinin siyasətdən getməsini istəyir. Olaylar.az xəbər verir ki, sorğu nəticələrinə görə, respondentlərin 50%-i Zelenskiyə qarşı çıxır: 36%-i onun siyasətdən getməsini, 14%-i isə barəsində cinayət təqibi başlanmasını istəyir. Yalnız 25% respondent Zelenskini gələcəkdə də ölkə rəhbəri kimi görmək istəyir. Daha 9% sorğu iştirakçısı isə cavab verməyib.
Sorğu 2025-ci il sentyabrın 19-dan oktyabrın 5-dək Ukraynanın Kiyevin nəzarətində olan ərazilərində telefon müsahibəsi üsulu ilə aparılıb. Ümumilikdə 18 yaşdan yuxarı 1 008 nəfər iştirak edib. Statistik xəta təxminən ±3,5 faizdir.
Qeyd edək ki, Zelenskinin səlahiyyət müddəti rəsmi olaraq ötən ilin mayın 20-də başa çatıb və o vaxtdan bəri ölkədə prezident seçkiləri keçirilməyib. Zelenski isə dəfələrlə bildirib ki, legitimliyi ilə bağlı narahat deyil. Rusiya prezidenti Vladimir Putin isə vurğulayıb ki, Zelenskinin legitimliyi artıq başa çatıb və bu, gələcək danışıqlarda hüquqi qeyri-müəyyənlik yarada bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31