Trampın İsrail parlamentində çıxışı yarıda kəsildi

Trampın İsrail parlamentində çıxışı zamanı insident yaşanıb.

ABŞ Prezidenti Donald Trampın çıxışı etirazçı tərəfindən yarıda kəsilib.

Etiraz şüarları səsləndirən şəxsi qısa zamanda zaldan çıxarıblar.

Tramp çıxışını davam etdirərək Ukrayna-Rusiya müharibəsinə toxunub və bu müharibənin qarşısını almaq üçün atdığı addımlardan danışıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31