Polşada iki rusiyalı casusluqda ittiham olunur
16:24 DünyaPolşa prokurorları iki rusiyalını - İqor R. və onun həyat yoldaşı İrina R.-ni Rusiya kəşfiyyat xidmətlərində işləməkdə ittiham edib.
Olaylar.az "Röyter" agentliyinə istinadla xəbər verir ki, bu barədə prokurorluğun bəyanatında bildirilir. İttiham aktı Polşanın Sosnovets rayon məhkəməsinə göndərilib.
Prokurorluğun məlumatına görə, ruslar Polşada yaşayan "rus müxalifəti"nin üzvləri barədə kəşfiyyat orqanlarına məlumat veriblər.
Prokurorluq həmçinin hesab edir ki, İqor R. partlayıcı maddələr və detonatorlar olan bağlamanın göndərilməsi planlarında iştirak etmiş ola bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31