Tramp Uitkoffa: “Əvvəlcə Ukraynadakı münaqişəyə son qoymalıyıq" - ÖZƏL
13 Oktyabr 2025 16:10 DünyaABŞ Prezidenti Donald Tramp xüsusi nümayəndəsi Stiven Uitkoffa Ukraynadakı münaqişənin həllinə diqqətini yönəltməyi tapşırıb. Olaylar.az xəbər verir ki, xəbər verir ki, Tramp bu barədə İsrailə səfəri zamanı Knessetdə (İsrail parlamenti) çıxışı edərkən bildirib. Prezidentin sözlərinə görə, Uitkoff və onun komandasının əsas vəzifəsi Ukrayna münaqişəsinin nizamlanması olmalıdır.
Tramp çıxışı zamanı Uitkoffa, eləcə də komandasının digər üzvlərinə - Cared Kuşner və dövlət katibi Marko Rubiyoya müraciət edərək deyib: "Əvvəlcə Rusiya ilə bağlı məsələni həll etməliyik. Ukraynadakı münaqişəyə son qoymaq lazımdır. Əgər etiraz etmirsənsə, Stiven, gəlin əvvəlcə diqqətimizi Rusiyaya yönəldək," - deyə Tramp vurğulayıb.
Qeyd edək ki, ABŞ administrasiyası yaxın günlərdə Rusiya-Ukrayna münaqişəsinin diplomatik yolla həlli istiqamətində yeni təşəbbüslərlə çıxış etməyi planlaşdırır.