Rutte: “NATO yalnız real təhdid olduqda Rusiya təyyarələrini vurmalıdır” - ÖZƏL
14:57 DünyaNATO-nun Baş katibi Mark Rutte bəyan edib ki, alyans ölkələrinin hərbi hava qüvvələri yalnız təhlükə yarandığı halda Rusiya təyyarələrini vurmalıdır. Olaylar.az xəbər verir ki, Rutte bildirib ki, Rusiya təyyarələrinin NATO hava məkanına daxil olması faktı təkbaşına hücum üçün əsas sayılmamalıdır. "Biz Rusiya təyyarələrini təkcə hava məkanımıza girdiklərinə görə vurmamalıyıq. Əgər bu təyyarə real təhlükə yaradırsa, o zaman tədbir görülməlidir. Amma əgər təhlükə yoxdursa, onları sadəcə olaraq nəzakətlə hava məkanımızdan çıxarmalıyıq", - deyə Rutte NATO Parlament Assambleyasının iclasında çıxışı zamanı vurğulayıb.O, Baltik ölkələrindən olan deputatların Rusiya təyyarələrinə qarşı daha sərt addımlar atılması çağırışlarına cavab olaraq qeyd edib ki, NATO hərbi güc baxımından Rusiyadan "ölçüyəgəlməz dərəcədə üstündür", lakin alyans buna baxmayaraq, "proporsional davranmalıdır".
Rutte əlavə edib ki, NATO-nun mövcud gücü belə, Rusiya ilə birbaşa hərbi qarşıdurma baş verəcəyi halda ciddi zərərin qarşısını almağa kifayət etmir. Bu səbəbdən o, üzv ölkələri müdafiə xərclərini artırmağa və hərbi qüvvələrini gücləndirməyə çağırıb.