Tramp: “İsrail İrana dostluq əlini uzatmağa hazır olacaq” - ÖZƏL
14:08 DünyaOlaylar.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İsrail parlamenti - Knessetdə çıxışı zamanı diqqətçəkən bəyanatla çıxış edib. O bildirib ki, İsrail gələcəkdə İrana da "dostluq və əməkdaşlıq əlini uzatmağa" hazır olacaq. "İran üçün belə, dostluq və əməkdaşlıq əli hər zaman uzadılacaq", - deyə Trampın çıxış mətnindən sitat gətirən "Reuters" agentliyi xəbər verib. Trampın sözlərinə görə, Yaxın Şərqdə sülhün əsas məqsədi qarşıdurmanı deyil, qarşılıqlı anlaşma və əməkdaşlığı təmin etməkdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31